Hindistandan vətənlərinə geri qayıdan genuyalı tacirlər yolda kasıb bir səyyaha rast gəldilər. Səyyah Fransaya getmək niyyətində olduğunu, amma yolların təhlükəli olması səbəbindən genuyalıların karvanına qoşularaq təhlükəsizliyini onların ümidinə qoymaq istədiyini bildirdi.
Gecələrin birində karvan istirahət edərkən, əslində oğru olan, həmən bu kasıb yolçu öz tacir yol yoldaşlarının birinin pul kisəsini çırpışdırdı. Amma mühafizəçilər bunu gördülər. Hay-küy düşdü. Oğrunu yaxaladılar. Qərara gəldilər onu Genuyada məhkəməyə verib cəzalandırsınlar.
Lakin pulu oğurlanan tacir birdən işə qarışdı. O, bu pulları yolçuya özü bağışladığını bildirdi. Hətta ətirlə dolu qabdan bir qədər də ətir ayırıb “Sənin yadından çıxıb, mən bunu da sənə bağışlamışdım” – deyərək, ətiri yolçuya uzatdı. Oğru tacirin bu hərəkətindən çox təəccübləndi və ürəyində tutduğu əməldən möhkəm peşmançılıq çəkərək tövbə etdi.
İllər keçdi. Tacirin ürəyiyumşaq və xeyirxah əməli nəticəsində düz yola qədəm qoymuş həmin o kasıb yolçu varlandı və Genuyada tanınmış adamlardan birinə çevrildi. Keçmiş oğru, onu bu yola sövq eləmiş taciri tez-tez xatırlayır və bu görüşü ona nəsib elədiyinə görə Allaha şükürlər edirdi. O başa düşmüşdü ki, həqiqi var-dövlət qızıl-gümüş yox, ürəyiyumşaqlıq və rəhimlilikdir.

Author nemoss

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir