Orta əsrlərdə şəhərlərin birində bir əttar yaşayırdı. Ən yaxşı və ən tez satılan ətirlər məhz bu əttarın dükanında idi.
Ətirləri o, özü hazırlayır, özü də satırdı. Bununla da ailəsinin ehtiyaclarını təmin edirdi.
Əttarın dükanında şagird-köməkçiləri də çalışırdılar. Onların arasında bir gənc xüsusilə çalışqan idi.
Bir axşam, əttar fikir verdi ki, işdən sonra hamının getməsinə baxmayaraq, həmin gənc iş yerində qalıb və həvəslə müxtəlif otları və yağları biri-birilərinə qatır. Əttar gördü ki, o, düz eləmir və bunu həmin gəncə də bildirdi.
Amma gənc şagird ustadına dedi ki, o, köhnə qaydalarla getmək istəmir, nəsə yeni bir şey əldə etmək niyyətindədir. Onda hazır ətir reseptləri ola-ola, yeni şeyləri təcrübədən keçirməyə vaxtı olmadığını bildirən ustad, şagirdini öz işini qurmaq üçün azad buraxdı.

İki il keçdi. Bir gün şəhərin hakimi ən yaxşı ətir yağı yarışmasının keçirilməsi barədə göstəriş verdi.
Bir neçə günlük yarışmanın nəticəsində heç kimin tanımadığı bir əttarın ətirinin qalib gədiyi elan edildi.
Hətta qoca ustad da qalib elan edilmiş ətirin rənginə və iyinə heyran qalmışdı.
Həmin ətirin müəllifini tanıyanda isə onun gözləri yaşardı. Bu, onun həmin o, çalışqan və təcrübəyə meyilli sabiq şagirdi idi.
Ustadın şagirdi öz müəlliminə yaxınlaşıb onun əlini öpdü, verdiyi biliklərə görə ona təşəkkür elədi.

Author nemoss

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir