On doqquzuncu əsrin ortalarında Peruda qazıntı işləri aparan arxeoloqlar onları maraqlandıran qədim bir dəfinə aşkar etdilər. Torpaq altından çıxmış kiçik bir otaqda əhəngdaşından düzəldilmiş bir yeşik var idi. Yeşiyin içi bir neçə qapağı bağlı şöbəyə bölünmüşdü. Qapaqları necə açmaq lazım olduğunu isə heç kim bilmirdi. Sındırmağa da çəkinirdilər. Elə buradaca müxtəlif uzunluqlu iplər qoyulmuşdu. Başa düşdülər ki, qapaqların açılmasının açarı elə bu iplərdədir. Ciddi araşdırmalardan sonra başa düşüldü ki, bu iplər sadəcə ip yox, nəsə bir yazıdırlar. Nəhayət yazılar öyrənildi. Bəlli oldu ki, bu o zamanlar mövcud olmuş qədim İnkoqangi ink ailəsinin müqəddəs talismanıdır. Yeşiyin şöbələrində olan kiçik qabların içində isə inkoqangilərin doğma yerlərinin müxtəlif yerlərindən yığılmış ətirlər var idi.
Tapılmış dəfinə muzeyə təhvil verildi. Əvəzində əldə eilmiş vəsaitə isə yerli hindular üçün məktəb təşkil edildi.