Orta əsrlərdə ustalar şəhəri kimi tanınan bir şəhər mövcud idi.
Burada çoxlu dəmir və taxta işləri ustaları, bənnalar, dərzilər, dabbaqlar, ətir yağları çəkənlər və sairə ustalar yaşayırdı. Amma ticarət yolları üstündə olan bu şəhərin müdafiəsi çox zəif idi.
Elə bir vaxt gəldi ki, şəhərə vəhşi barbarlar hücum etdilər. Onlar şəhəri qarət etdilər, əllərinə keçən hər bir şeyi, o cümlədən ustaların hazırladığı bütün daşınası şeyləri apardılar, apara bilmədiklərini isə yandırdılar.
Yeganə toxunmadıqları şey – ətir yağları oldu. Çünki, barbarların hücumunu görən usta əttarlar, ətirləri saxsı qablara dolduraraq torpağa basdırmışdılar.

Nəhayət istilaçılar çıxıb getdilər. Şəhər isə darmadağın və bərbad vəziyyətə düşmüşdü. Bütün mallar aparılmış, dükanlar yandırılmış, ərzaq ehtiyatları qarət edilmişdi.
Öz ətirlərini gizlətməyə müvəffəq olmuş əttarlar, şəhərin dadına çatdilar. Onlar ticarət karvanı düzəldərək, öz ətirlərini başqa şəhərlərdə tez satdılar.
Əvəzində isə şəhərə çoxlu qızıl və pul gətirildi. Əttarlar həmin qızılları doğma şəhərlərinin bərpasına yönəltdilər.
Şəhər yenidən dirçəldi, bağlar-bağçalar çiçəkləndi, fəvvarələr vurdu. Ustalar yenidən həvəslə çalışmağa başladılar.
Şəhərin sakinləri əttarların bu əməlini qiymətləndirdilər. Onlar şəhərin görməli yerində ətirqabını simvolizə edən bir heykəl qoydular. Çünki məhz ətirin hesabına ustalar şəhəri bərpa ola bilmişdi.

Author nemoss

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir