Ətirin yuxarı notları – bu ətirdən yaranan ilk təəssüratdır və o, parfümdən istifadə edilən kimi hiss olunur. Yuxarı iy notları anidən təəssürat yaradaraq, sanki bir təravət və yüngüllük gətirirlər.
Ətirin orta notları – onun yuxarı iy notları uçub gedəndən sonra yayılmağa başlayır. Bu notlar, sanki ətirin “canıdır” – onlar parfümün xarakterini və strukturunu müəyyən edir. Ətirin əsasını formalaşdıran bu notlar, daha uzun müddət ərzində qalıcı olurlar.
Ətirin aşağı notları – ən qalıcı və ən uzunmüddətlidirlər. Bu iy notları ətirin dəri üzərində qalmasını və ətirlənmə prosesinin sona çatmasını təmin edirlər. Aşağı notlar yuxarı və orta iy notlarının tədricən uçub getməsindən sonra özünü büruzə verirlər.
İy notlarının hər üç səviyyəsinin parfümeriya sahəsində istifadə edilməsi – mürəkkəb və getdikcə inkişaf edən ətirlərin yaradılmasına imkan verir. Yuxarı notların yaratdığı ilk təəssürat tədricən daha zəngin və dolğun orta notlara keçir. Nəhayətdə isə uzunmüddətli aşağı notlarla fiksə olunur. Məhz belə bir quruluş parfüm kompozisiyasına dərinlik və rəngarənglik verir.