Özəl

Lattafa Perfumes – Nebras – 076

“Kompozisiya qırmızı giləmeyvələrin və narınginin parlaq notlarından başlayaraq, ətiri təzə-tər hisslərlə doldurur.

Onun yuxarı notları narınginin sitrus çalarları ilə qarışaraq, şirin və turşməzə qırmızı giləmeyvələrin partlayış effektini verir.
Sanki bir gümrahlıq gətirən şən yarışmaya start verilir.

Ətirin canı şirin vanil, kakao və qızılgülün xəlitəsindən formalaşan zəngin və dolğun bir buket kimi açılır.

Orta notlar ətirə dərinlik və mürəkkəblik əlavə edərək, onu ilıq və çulğalayıcı bir kompozisiyaya çevirir.

Ətir qənd şirinliyinin, tonk paxlasının, əmbər və müşkün ilıq notları ilə sona çataraq, yüngül, şirin və uzunmüddətli şleyf əmələ gətirir.

Bu ətir Sizin gündəlik obrazınıza zənginlik damlası əlavə edərək, hər gün istifadə üçün tam münasibdir.
Daha çox ilin sərin mövsümü üçün nəzərdə tutulmuş bu ətirdəki şirin və ilıq notlar, rahatlıq və komfort hissi yaradır və lirik duyğulara yol açır.
Yayda isə ətir gecənin sərinliyi imkan verdiyi dərəcədə buket kimi açılır.”

“Bu ətir, ənənəvi parfümeriya bazarında ən qocaman fransız şirkətlərindən biri olan “”Grasse French Perfume”” fransız parfüm evi tərəfindən yaradılmışdır.
“”Grasse French Perfume”” şirkəti özünün parfümeriya laboratoriyalarına malikdir. Şirkətin, həm fransız parfümeriyasının mərkəzi sayılan Qrasse şəhərində, həm də bütün dünya üzrə istehsal sahələri mövcuddur.

“”Lattafa Perfumes”” brendindən qaynaqlanan bu parfüm “”Nebras”” ətirinin mövzuları əsasında yaradılmışdır. “Parfumer” şirkətinin təqdim etdiyi ətirlər uzunmüddətli qalıcılığı və öz orijinallarına bənzərliyi ilə fərqlənirlər. Xüsusi durulaşdırıcılardan istifadə isə bu ətirləri daha az nəfis olan digər parfümlərə nisbətən daha dərin və daha dolğun edir. Təqdim edilən bu parfüm həm gözəl bir hədiyyə kimi, həm də gündəlik fərdi istifadə üçün çox münasibdir.

7,00 49,00 

  • 100 ml
  • 12 ml
  • 15 ml
  • 20 ml
  • 30 ml
  • 50 ml

    Bağlanma:



  • *Həcm

    Reset options
İstəklər siyahısına əlavə etmək
Qeyd: Brendin və ətirin adı alıcıya seçim etməyə kömək məqsədi ilə göstərilmişdir. Hazırkı məhsul - adı göstərilmiş ətirin oxşarıdır.