Ölkə | |
---|---|
Box | Large, Medium, Small |
Flacone | Large, Medium, Small |
Montale – Infinity – 082
“İstifadə edilən andan başlayaraq, bu ətir qara albalı və gavalının dərin və zəngin akkordları ilə diqqəti cəlb edir. Bu meyvələrin qatı şirinliyi ilk nəfəsdəcə hiss olunmağa başlayır.
Zəfəranın mövcudluğu ekzotik və bir qədər də ədəvalı çalar əlavə edərək, ətirə sanki unikal bir istilik verir.
Çəhrayı bibər və hil bir az pikantlıq və bir az da acıkimilik gətirərək, ətirə çoxtəbəqəli və cəlbedici açılış təmin edir.
Sonra isə mistik bir təəssürat yaradan aqar ağacının yağından alınmış udun və dərinin zəngin və dərin notları işə düşür.
Səndəl isə kompozisiyaya bir istilik və yumşaqlıq verərək, onun krem və ağac əsaslarını möhkəmləndirir.
Qızılgül və tuberoza kolunun çiçəkləri parfümə gül eleqantlığı və zərifliyi, vetiver isə təzə-tər və yaşıl akkordlar əlavə edərək, onun ətir balansını və harmoniyasını artırırlar.
Dəriyə hopduqdan sonra isə ətirin baza notları üzə çıxmağa başlayır.
Tütün yarpağı ətirə bir dərinlik və yüngül şirintəhər çalar verir. Vanil şəkəri kompozisiyaya zərif şirinlik, əmbər isə ilıq və qatran akkordları qatır.
Tonk paxlası ətirdəki şirinliyi artıraraq, ona həm də kremlilik əlavə edir. Müşk isə bütün bu gözəlliyi yumşaq və və cəlbedici şleyflə tamamlayır.
Əgər istifadəsinə ehtiyatla yanaşılarsa, onda bu ətirdən işgüzar mühitdə də istifadə edilə bilər. Bunun üçün parfümü minimal miqdarda vurmaq lazımdır ki, eleqantlılıq və özünə əminlik qabarıq şəkildə hiss edilsin, amma eyni zamanda da həmkarlar narahat olmasın.
Ətir fərdi xüsusiyyətin və zərif zövqün vurğulanması lazım gəldiyi xüsusi hallar və bayram tədbirləri zamanı da rahat şəkildə istifadə oluna bilir.”
“Bu ətir, ənənəvi parfümeriya bazarında ən qocaman fransız şirkətlərindən biri olan “”Grasse French Perfume”” fransız parfüm evi tərəfindən yaradılmışdır.
“”Grasse French Perfume”” şirkəti özünün parfümeriya laboratoriyalarına malikdir. Şirkətin, həm fransız parfümeriyasının mərkəzi sayılan Qrasse şəhərində, həm də bütün dünya üzrə istehsal sahələri mövcuddur.
“”Montale”” brendindən qaynaqlanan bu parfüm “”Infinity”” ətirinin mövzuları əsasında yaradılmışdır. “Parfumer” şirkətinin təqdim etdiyi ətirlər uzunmüddətli qalıcılığı və öz orijinallarına bənzərliyi ilə fərqlənirlər. Xüsusi durulaşdırıcılardan istifadə isə bu ətirləri daha az nəfis olan digər parfümlərə nisbətən daha dərin və daha dolğun edir. Təqdim edilən bu parfüm həm gözəl bir hədiyyə kimi, həm də gündəlik fərdi istifadə üçün çox münasibdir.
“
13,00 ₼ – 97,00 ₼
Qeyd: Brendin və ətirin adı alıcıya seçim etməyə kömək məqsədi ilə göstərilmişdir. Hazırkı məhsul - adı göstərilmiş ətirin oxşarıdır.
Related products
-
Acqua di Parma – Iris Nobile – 101
13,00 ₼ – 97,00 ₼ -
Parfumer – Orlov – 020
16,00 ₼ – 119,00 ₼ -
Amouage – Epic Woman – 132
18,00 ₼ – 137,00 ₼ -
Amouage – Blossom Love – 127
13,00 ₼ – 97,00 ₼ -
Calvin Klein – Women – 024
7,00 ₼ – 49,00 ₼
Montale – Infinity – 082
13,00 ₼ – 97,00 ₼