Özəl

Fragonard – Narcisse – 087

“Ətirdə sanki səhər dumanında olduğu kimi, müxtəlif notlar bir-birilərinə sarılaraq bir təbiət simfoniyası yaradırlar. Kompozisiyanın zirvəsində berqamotun, sitruslu Paraqvay petitreyninin və tanjerinin (narınginin) yüngül və təravətli akkordları açılmağa başlayır.
Bu sitrus triosu sanki gecə yuxusundan ayılaraq, fəzanı sitrus enerjisi və parlaqlığı ilə doldurur.

Ətirin mərkəzində çəmənlikdə açılan nərgiz gülü, Misir yasəməni və Türkiyə qızılgülü yer alır. Onların rahiyyəsi vahid bir harmoniyada qovuşaraq əbədi səslənən təbiət melodiyası kimi sakitlik və rahatlıq hissi gətirir.

Ətirin dərinliklərində isə ona həm dayanıqlıq, həm də incə zəriflik verən müşk, bal və ağac notları gizlənmişlər. Bu notlar soyuq axşamlarda yanan doğma ocaq kimi istilik və rahatlıq hissi yaradır.
Bu ətir, hər bir vəziyyətdə istifadə edilməyə hazır olan universal aləti xatırladır.

Səhərlər o Sizin günün çətinliklərini aradan qaldıran enerjili bir yol yoldaşınız olacaqdır.
İş yerində, ofisdə o, gündəlik coşğun iş burulğanında Sizin şəxsi rahatlıq oazisinizə çevrilərək, ətrafınızda sakitlik və düşüncələrin konsentrasiyası mühiti yaradacaqdır.
Axşamlar isə o Sizin sadiq yoldaşınız olaraq, uzun və ağır gündən sonra yüngül dəniz mehi kimi Sizə rahatlıq və aramlıq gətirəcəkdir.

Ümumiyyətlə, bu ətir Sizin obraza bir sirlilik verərək, soyuq axşamlarda qızındıran yumşaq şərf kimi Sizi bürüyəcəkdir.”

“Bu ətir, ənənəvi parfümeriya bazarında ən qocaman fransız şirkətlərindən biri olan “”Grasse French Perfume”” fransız parfüm evi tərəfindən yaradılmışdır.
“”Grasse French Perfume”” şirkəti özünün parfümeriya laboratoriyalarına malikdir. Şirkətin, həm fransız parfümeriyasının mərkəzi sayılan Qrasse şəhərində, həm də bütün dünya üzrə istehsal sahələri mövcuddur.

“”Fragonard”” brendindən qaynaqlanan bu parfüm “”Narcisse”” ətirinin mövzuları əsasında yaradılmışdır. “Parfumer” şirkətinin təqdim etdiyi ətirlər uzunmüddətli qalıcılığı və öz orijinallarına bənzərliyi ilə fərqlənirlər. Xüsusi durulaşdırıcılardan istifadə isə bu ətirləri daha az nəfis olan digər parfümlərə nisbətən daha dərin və daha dolğun edir. Təqdim edilən bu parfüm həm gözəl bir hədiyyə kimi, həm də gündəlik fərdi istifadə üçün çox münasibdir.

7,00 49,00 

  • 100 ml
  • 12 ml
  • 15 ml
  • 20 ml
  • 30 ml
  • 50 ml
  • Large
  • Medium
  • Small

    Bağlanma:



  • *Həcm

    *Box

    Reset options
İstəklər siyahısına əlavə etmək
SKU: 085-2 Category: Tag:
Qeyd: Brendin və ətirin adı alıcıya seçim etməyə kömək məqsədi ilə göstərilmişdir. Hazırkı məhsul - adı göstərilmiş ətirin oxşarıdır.
Ölkə

Box

Large, Medium, Small