Qədim Romada ən bahalı dükanlar ətir satılan dükanlar hesab olunurdu. Bu ətir yağları qızıldan da, ləl-cəvahiratdan da baha qiymətləndirilirdi.
Günlərin bir günü bazar meydanında öz düşüncələrinə qərq olmuş bir nəfər gəzişirdi. Birdən o, məbədin tinində dayanıb uca səslə ağlayan balaca bir oğlan uşağını gördü. Uşağın yəqin ki, on yaşı olardı. Kişinin uşağa yazığı gəldi. O, oğlana yaxınlaşaraq, onun niyə belə ağladığını soruşdu. Uşaq dedi: “Mənim sahibim məni bahalı bir ətir almaq üçün göndərmişdi. Mən həmin ətiri aldım. Amma qayıdanda ayağım ilişdi və yıxıldım. Ətir qabı da əlimdən düşüb sındı. İndi mən heç bilmirəm ki, nə edim. Sahibim məni qırmancla döyməyi əmr edəcək, sonra da daş karxanasında qul kimi işləməyə göndərəcək”.

Uşaq bunu deyib, əvvəlkindən də bərk ağlamağa başladı. Amma balacanın bəxti gətirmişdi – onun yanındakı adamın çox yumşaq və rəhmli ürəyi var idi. O, uşağın əlindən tutub, ətir dükanına getdi və orada sınmış ətirin yerinə təzəsini aldı.
Ətir qabını uşağa verib, ehtiyatlı olmağı tapşırdı. Bir qədər dayanıb: “Yadda saxla ki, yumşaq qəlb bütün qızıllardan bahadır ”, – deyə dilləndi.

İyirmi il keçdi. Bir gün xəstəxanada bir gənc yatırdı. Onu digər bir gənc həkim əməliyyat etmişdi.
Səhəri gün həkim sağalan xəstəyə yaxınlaşdı və dedi: “Siz öz atanıza çox oxşayırsınız. O, nə vaxtsa məni qul kimi satılmaq aqibətindən xilas etdi. Allahın lütfü ilə indi də mənim onun oğluna kömək etmək imkanım oldu”.

bazar meydanındakı məbədə bir gənc girib ibadət eləməyə başladı. Birdən eşitdi ki, yanında bir nəfər çox-çox dua edib nəsə istəyir. Gənc bu adama tərəf dönərək onun nə istədiyini və bəlkə ona necəsə kömək edə biləcəyini soruşdu. Dua edən adam dedi: “Bir zaman, təqribən iyirmi il əvvəl, bir nəfər sındırdığım ətirlərin pulunu verərək məni qul olmaqdan xilas edib. Və yeganə istədiyi şey də onun xəstə övladı üçün dua eləməyim olub. Bu qədər illər keçib, mən xilas olaraq oxudum, həkim oldum. Hər gün o adamın xəstə övladı üçün dua edirəm”.
Bu sözləri eşidən gənc gülümsədi. Sonra onu qucaqlayaraq yavaş səslə dedi: “Mən elə həmin o, nə zamansa xəstə olan, oğlanam”.

Author nemoss

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir