Tanınmış jurnalistlərdən biri məşhur bir rəssamın qonağı idi. Onlar incəsənət haqqında söhbətlər edir, şəkillərə və onların eskizlərinə baxırdılar.
Axşama yaxın söhbətlərinə davam edə-edə, qonaq otağına keçdilər. Buraya keçəndən sonra jurnalistə elə gəlirdi ki, sanki o, hansısa bir gözəl ətirli oranjereyadadır. O, bu hisslərini rəssamla bölüşdü.
Rəssam gülümsəyərək dedi: “Əgər siz bilsəydiniz ki, mən necə ətirli güllər yetişdirirəm, siz məni heç zaman bir rəssam kimi tərifləməzdiniz”. Bunu deyərək o, jurnalisti qızılgüllər və azaliyalar yetişən bağçasına apardı.
“Mən bu güllərdən yağ sıxıram. Bu bağ – mənim ətir yağları hazırladığım laboratoriyamdır. Amma məni bir əttar, bir parfümer kimi yox, rəssam kimi tanıyırlar. Bu ətirləri satıb, pulu ilə imkansız adamlara maddi kömək edirəm, ətir alıcılarıma isə gözəl ətirin sevincini bəxş edirəm”.