Qədim hindu əfsanələrinə görə, Çili dağlarındakı mağaralarda inklərin xəzinələri var idi. Burada qızıl və ləl-cəvahirat yığılmışdı.Amma tarixin hansısa bir dönəmində bu yerlərə istilaçılar gəldi. O zaman qəbilə başçıları minilliər boyunca yığılmış varidatın istilaçıların əlinə keçməməsi üçün mağaralardakı xəzinələrin camaata paylaşmağı tapşırdılar.Yaşlı bir qadın isə heç bir qızıl-fılan götürmədi. O, özünə yalnız kiçik bir torbada toxum və saxsı bir qab götürdü.Yolda qəddar istilaçılar xəzinələrini daşıyan inklərə çatdılar və onlarda olan bütün qiymətli şeyləri zorla əllərindən aldılar. Amma qoca qarının torbasına və qabına əhəmiyyət verməyərək, toxunmadılar.Sonradan qoca qarı götürdüyü toxumlardan müxtəlif güllər yetişdirərək, onlardan ətir çəkməyə başladı. Beləliklə də, həmin vaxtlarda inklər ətirləri sataraq müəyyən qədər dirçəlişə nail ola bildilər.

Author nemoss

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir