Sakit okeanda üzən bir fransız gəmisi güclü tufan səbəbindən qəzaya uğrayıb, suya qərq oldu. Gəminin komandası böyük səylər hesabına qayıqlarla bir adaya çıxa bildi. Yaşıllıqlar içində olan bu tropik adada bir qədər özlərinə gəldikdən sonra, onlar adanın dərinliklərinə hərəkət etməyə başladılar.
Ada kimsəsiz deyilmiş. Tezliklə dəstə adanın yerli sakinlərinə rast gəldilər. Qəribədir ki, aborigenlərin başçısı nə vaxtsa bu adanın sahilləri yaxınlığında qəzaya uğramış bir gəminin xilas olmuş sabiq kapitanı idi.
O zaman yerli sakinlər onu ölümdən xilas etdilər. Kapitan isə öz bilgiləri ilə yerli sakinlərlə bölüşdü. Bu səbəbdən də aborigenlər onu öz başçıları seçdilər.
Başçının evində qonaq olan fransızlar çox təəccübləndilər. Belə ki, başçının evində çoxlu kitab var idi, ümumiyyətlə bütün təsərrüfat Avropa qaydasında aparılırdı. Elə tayfanın digər sakinləri də bu səviyyədə yaşayırdılar.
Fransız dənizçiləri belə imkanların yaranması mənbəyi ilə maraqlandılar. Çünki adada ticarət gəmilərini cəlb edəcək elə bir şey yox idi. Başçı yaxşı yaşamalarının səbəbini göstərmək üçün, öz oğlunu fransızların yanına göndərdi. 15 dəqiqə yol gedəndən sonra başçının oğlu fransızları ətirli bir çığırla başdan-ayağa güllərlə örtülü bir tarlaya gətirdi.
Fransızlara başa saldılar ki, bu güllərdən çəkilən yağlar saxsı qablara doldurulur və çox baha qiymətə mütəmadi olaraq bu adaya yan alan gəmilərlə Avropaya göndərilir.

Author nemoss

Comments (1)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir