Uğurlu ətirlərin surətlərinin yaradılması təcrübəsi parfümeriya aləmində ümumi qəbul edilmiş nümunələrdən hesab edilir. Bir çox özünün laboratoriyası olmayan tanınmış parfümeriya evləri istehsalçı-zavodlara bestseller sayılan parfümlərə bənzər ətirlər sifariş verirlər. Belə dünya praktikası, bizə də istifadəçilərimiz üçün münasib qiymətlərə premium səviyyəli parfümeriya məhsullarının geniş çeşidini təqdim etməyə imkan verir.
Biz seçim imkanları ilə bağlı bütün məhdudiyyətləri aradan qaldıraraq, münasib qiymətlərə premium səviyyəli ətirlərin geniş spektrini təqdim edirik. Bu zaman biz istehlakçılara nəinki yalnız ətirin özünün, hətta bu iyin qatılığının və qalıcılığının da seçimi imkanlarını təqdim edirik.
Müştərilərimizin estetik zövqlərini təmin etmək arzusu ilə biz məhsullarımız üçün brend parfüm flakonlarının və qablaşdırmalarının da geniş seçim imkanlarını yaradırıq.
Biz cəmi bir neçə ətiri seçmək təcrübəsindən də bütün məhdudiyyətləri aradan qaldırmışıq. İndi bizim mağazalarda və bizim avtorizə edilmiş dilerlərimizin mağazalarında say baxımından 300 – 900 çeşid arası premium səviyyəli ətir palitrası görəcəksiniz. Biz həmçinin məhsullarımız üçün ətir brendinin tanınmış adına, bahalı qablaşdırmasına və reklamına görə hər hansı qiymət əlavəsi etmədən, əsaslandırılmış və rasional qiymət təqdim edirik.
Həm bizim mağazalarda, həm də bizim avtorizə edilmiş dilerlərimizin mağazalarında təqdim olunan məhsullar bütün zəruri Avropa keyfiyyət sertifikatları ilə təmin olunmuşlar.
Sizə həmçinin seçilmiş ətirin iyinin təsviri, onun çalarları və vurğuları barədə də məlumat təqdim ediləcəkdir.