Ölkə | |
---|---|
Tip | |
Box | Large, Medium, Small |
Flacone | Large, Medium, Small |
Montblanc – Signature Absolue – 081
Üzərinizə vurulan ilk andaca ətir təzə, təravətli, şirin sulu armud akkordları ilə açılır. Bu meyvəli partlayış sanki bir şirinlik və yüngül yumşaqlıq gətirərək, təmizlik və təravətlilik hissi yaradır. Bundan sonra kompozisiyanın növbəti mərhələsi başlayır – narıngi öz sitrus qığılcımları ilə təzəlik gətirir. Çəhrayı bibər isə başlanğıc notlarını özünəməxsus pikantlığı ilə zənginləşdirir, cəzbedici edir. Bu meyvəli-sitruslu dalğadan sonra, ətir ehmallıca öz əsas notlarına keçməyə başlayır. Burada daha çox gül-çiçək mehi hiss edilir. Həmişəyaşıl ilanq-ilanq ağacının gülü kompozisiyaya ekzotiklik gətirir, onun şirintəhər və yüngülvari krem ətiri isə sanki insanı tropik meşəyə aparır. Franjipanı ağacının gülü isə təzəcə kəsilmiş yüngül meyvə qoxusunu xatırladaraq, ətirə bir zəriflik əlavə edir. Bu gül kompozisiyası tuberoza kolunun çiçəkləri ilə özünün pikinə çatır. Bu zaman ətirə dərin, qatı və bir qədər də şirintəhər çalar əlavə edilir ki, bu da ətiri bir az da zənginləşdirir. Dəriyə hopduqca isə ətirin ilıq və rahat baza notları üzə çıxmağa başlayır. Tərkibdə olan tonk paxlası kompozisiyaya qaymaq və vanil çalarları gətirərək, sanki bir yumşaqlıq və şirinlik əlavə edir. Sidr isə ətirə qalıcılıq və zənginlik verərək, onu dərin ağac akkordu ilə tamamlayır. Məhz bu ağac notu ətirin möhkəm əsasını təşkil edərək, ona uzunömürlülük verir və özündən sonra zərif bir şleyf qoyur. Gübdəlik istifadə zamanı ətirin zərifliyini qabartmaq və ətraf qoxuları sıxışdırmamaq üçün ondan çox az miqdarda vurmaq tövsiyə olunur. Axşam ziyafətləri və xüsusi hallarda isə ətiri bir qədər çox, hətta paltara və saçlara da vurmaq lazımdır ki, özündən sonra yaddaqalan bir şleyf yaransın. Bu ətir, parfüm kompozisiyalarının zənginliyinə və hərtərəfliliyinə dəyər verənlər, öz fərdiliyini və zərif zövqünü qabartmaq istəyənlər üçün nəzərdə tutulmuşdur.
10,00 ₼ – 68,00 ₼
Qeyd: Brendin və ətirin adı alıcıya seçim etməyə kömək məqsədi ilə göstərilmişdir. Hazırkı məhsul - adı göstərilmiş ətirin oxşarıdır.
Related products
-
Amouage – Dia Woman – 130
18,00 ₼ – 137,00 ₼ -
Parfumer – Sunny Mirning Women – 034
13,00 ₼ – 97,00 ₼ -
Dolce&Gabbana – Light Blue Italian Love – 017
7,00 ₼ – 49,00 ₼ -
Elie Saab – Le Parfum Eclat d’Or – 023
7,00 ₼ – 49,00 ₼ -
Zara – Hibiscus – 018
13,00 ₼ – 97,00 ₼
Montblanc – Signature Absolue – 081
10,00 ₼ – 68,00 ₼