Özəl

Paco Rabanne – 1 Million Royal – 077

“Yuxarı notları hil, tanjerin (narıngi) və berqamotdan yaranan bu ətir bir səhər mehi kimi təravət gətirir.

Əvvəlcə tanjerinin və berqamotun sitrus təravəti ilə zənginləşən hilin pikant ətri hiss olunur.

Sonra lavandanın, bənövşə ləçəyinin və zəfəranın orta notları ətirə yavaş-yavaş dərinlik və ot eleqantlığı gətirərək, ətirin sakitləşdirici xüsusiyyətini formalaşdırmağa başlayırlar.

Baza notlarını təşkil edən benzoin qatranı, sidr və paçuli kolunun çiçəyi isə ətirə qalıcılıq verərək, uzun müddət dəri üzərində qalan ağac təravətli və şirintəhər şleyf qoyur.

İşgüzar görüşlər və rəsmi tədbirlər zamanı ideal uyğun olan bu ətir, Sizin özünə əminliyinizi və stilinizi qabarıq şəkildə əks etdirir. İlin sərin vaxtlarında və ya sərin axşamlarda ətirin mürəkkəb və çoxtəbəqəli notları daha yaxşı açılır.
Axşam ziyafətləri zamanı da bu ətirdən istifadə etmək münasibdir. Bu zaman ətirin qalıcı və zərif şleyfi sanki bir eleqantlılıq aurası yaradacaqdır.”

“Bu ətir, ənənəvi parfümeriya bazarında ən qocaman fransız şirkətlərindən biri olan “”Grasse French Perfume”” fransız parfüm evi tərəfindən yaradılmışdır.
“”Grasse French Perfume”” şirkəti özünün parfümeriya laboratoriyalarına malikdir. Şirkətin, həm fransız parfümeriyasının mərkəzi sayılan Qrasse şəhərində, həm də bütün dünya üzrə istehsal sahələri mövcuddur.

“”Paco Rabanne”” brendindən qaynaqlanan bu parfüm “”1 Million Royal”” ətirinin mövzuları əsasında yaradılmışdır. “Parfumer” şirkətinin təqdim etdiyi ətirlər uzunmüddətli qalıcılığı və öz orijinallarına bənzərliyi ilə fərqlənirlər. Xüsusi durulaşdırıcılardan istifadə isə bu ətirləri daha az nəfis olan digər parfümlərə nisbətən daha dərin və daha dolğun edir. Təqdim edilən bu parfüm həm gözəl bir hədiyyə kimi, həm də gündəlik fərdi istifadə üçün çox münasibdir.

13,00 97,00 

  • 100 ml
  • 12 ml
  • 15 ml
  • 20 ml
  • 30 ml
  • 50 ml

    Bağlanma:



  • *Həcm

    Reset options
İstəklər siyahısına əlavə etmək
Qeyd: Brendin və ətirin adı alıcıya seçim etməyə kömək məqsədi ilə göstərilmişdir. Hazırkı məhsul - adı göstərilmiş ətirin oxşarıdır.