Özəl

Xerjoff – Astaral – 086

“Ətir unikal və ekzotik şamama əttarının kompozisiyası ilə açılmağa başlayır. Ənənəvi hind parfüm inqrediyenti olan şamama əttarı ətirə zəngin və dolğun Şərq notları gətirərək, bir sirlilik atmosferi yaradır.

Buradakı çəhrayı bibər ətirdən olan ilkin təəssüratı gücləndirən pikant təravətlilik və yüngülvari acılıq əlavə edir. Razyana isə özünün şirintəhər və ədəvalı aksentləri ilə ətirə maraqlı və qeyri-adi notlar verir.

Ətirin mərkəzi gül-çiçək və qatran akkordları ilə zəngindir. Məsələn, qızılgül kompozisiyanı təsiredici şirinliklə dolduraraq, ona çox səliqəli bir zəriflik verir.
Buxur kolundan alınan labdanum ətirə isti və qatranlı notlar verərək, zənginlik və dərinlik hissi yaradır.
Ağac kəhrəbası isə ətirə ilıq və dolğun akkordlar daxil edərək, onun ümumi iy strukturunu gücləndirir.

Orta notların sırasında olan bənövşə bu notlara yüngüllük və romantiklik qataraq, onlara yumşaqlıq və nəsə bir pudra çaları verir.

Sonra vanil özünün şirinliyi və istiliyi ilə daxil olaraq, kompozisiyada rahat və komfortlu hisslər yaradır. Paçuli kolunun çiçəyindən doğan torpaq və ədəva akkordları ətiri qalıcı və dolğun edir.
Sidr ağaçı iyi isə ətirə bir kübarlılıq və uzunömürlülük verərək, kompozisiyanı ağac çalarlı səliqəli notlarla bitirir.

Əlbəttə ki, bu, çox zəngin və çoxtəbəqəli ətir olaraq eleqantlıq və zəriflik tələb edən müxtəlif vəziyyətlərdə istifadə üçün nəzərdə tutulmuşdur.
O, zəriflik və zənginlik ab-havası yaratmaqda yardımçı olur.
Gündüz vaxtı istifadə zamanı ətiri çox az miqdarda vurmaq tövsiyə olunur. O, aram gəzinti, dostlarla görüş və sairə gündəlik işlər zamanı daha münasibdir. İşgüzar mühitdə istifadə etmək isə lap yerinə düşər. Axşam tədbirləri zamanı və xüsusi hallarda bu ətirdən istifadə etmək məsləhətdir.”

“Bu ətir, ənənəvi parfümeriya bazarında ən qocaman fransız şirkətlərindən biri olan “”Grasse French Perfume”” fransız parfüm evi tərəfindən yaradılmışdır.
“”Grasse French Perfume”” şirkəti özünün parfümeriya laboratoriyalarına malikdir. Şirkətin, həm fransız parfümeriyasının mərkəzi sayılan Qrasse şəhərində, həm də bütün dünya üzrə istehsal sahələri mövcuddur.

“”Xerjoff”” brendindən qaynaqlanan bu parfüm “”Astaral”” ətirinin mövzuları əsasında yaradılmışdır. “Parfumer” şirkətinin təqdim etdiyi ətirlər uzunmüddətli qalıcılığı və öz orijinallarına bənzərliyi ilə fərqlənirlər. Xüsusi durulaşdırıcılardan istifadə isə bu ətirləri daha az nəfis olan digər parfümlərə nisbətən daha dərin və daha dolğun edir. Təqdim edilən bu parfüm həm gözəl bir hədiyyə kimi, həm də gündəlik fərdi istifadə üçün çox münasibdir.

13,00 97,00 

  • 100 ml
  • 12 ml
  • 15 ml
  • 20 ml
  • 30 ml
  • 50 ml
  • Large
  • Medium
  • Small

    Bağlanma:



  • *Həcm

    *Box

    Reset options
İstəklər siyahısına əlavə etmək
SKU: 085-1 Category: Tag:
Qeyd: Brendin və ətirin adı alıcıya seçim etməyə kömək məqsədi ilə göstərilmişdir. Hazırkı məhsul - adı göstərilmiş ətirin oxşarıdır.
Ölkə

Box

Large, Medium, Small